Erməni silahlıları dinc Ukrayna xalqına qarşı amansızlıqlar törədir - Deputat
    • 15-07-2023, 14:30
    • 254

Erməni silahlıları dinc Ukrayna xalqına qarşı amansızlıqlar törədir - Deputat

Erməni din xadimləri hansı ölkədə yaşamalarına baxmayaraq terrorizmi təbliğ edir, erməni millətindən olan terroristlərə xeyir-dua verir, hətta keşiş formasında əllərinə silah götürərək qətillərdə iştirak edirlər. Vətən müharibəsində dəfələrlə erməni keşişlərinin bu cür iyrənc hərəkətlərinin şahidi olmuşuq. 

Bu fikirləri News24.az-a açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib. O bildirib ki, erməni keşişləri çirkin əməllərini bu gün Rusiyada davam etdirirlər.

"Rusiyadakı erməni kilsəsi erməni millətindən ibarət hərbi batalyon yaradaraq Ukraynaya qarşı işğalçı müharibəyə göndərilir. Erməni silahlıları dinc Ukrayna xalqına qarşı amansızlıqlar törədir, insanları qətlə yetirirlər. Erməni terror dəstələri Ukraynada Ermənistan bayrağı altında vuruşurlar. Bu gün dünya ictimaiyyəti Ermənistan dövlətinin və erməni kilsəsinin terrorizmi dəstəklədiyini və bu cinayətin iştirakçısı olduqlarının şahidi olurlar".