-
- 19-05-2024, 12:46
- 624
30 dəqiqədən artıq telefonla danışmayın, yoxsa…
Gündə 30 dəqiqədən artıq telefonla danışmaq və sosial şəbəkələrdə vaxt keçirmək təzyiqə təsir edir.
News24.az medicina.az-a istinadən xəbər verir ki, kardioloq Yevgeni Şlyaxto telefonun müasiir insanlara təzyiq problemi yaratmasından danışıb:
Mütəxəssisin sözlərinə görə, bu vərdişə meyilli insanlarda arterial hipertoniyaya tutulma ehtimalı digərləri ilə müqayisədə 12% çoxdur:
"Təzyiqi yüksək olanlar oturaq həyat tərzi yox, aktiv fiziki həyat seçməlidir. Əgər təzyiq mütəmadi 140-dırsa, idman, gəzinti, üzgüçülük, velosiped sürmək lazımdır. Məşq təzyiqi 1-2 sutka normal saxlayır, ona görə də mütəmadi idman lazımdır. Amma buna baxmayaraq, təzyiq dərmanlarını da müntəzəm içməlisiniz".