-
- 15-07-2023, 16:50
- 346
Zelenski Cənubi Koreyanı G7-nin Ukrayna ilə bağlı təminatlarına qoşulmağa dəvət edib
Ukrayna Prezidenti Volodimir Zelenski Cənubi Koreyanı G7-nin Ukrayna ilə bağlı qəbul etdiyi təhlükəsizlik zəmanətlərinə qoşulmağa dəvət edib.
Zelenski bunu Cənubi Koreya prezidenti Yun Sok Yol ilə birgə mətbuat konfransında bəyan edib.
“Mən Koreya Respublikasını G7 liderləri ilə razılaşdırılmış Ukraynaya dəstək bəyannaməsinə qoşulmağa dəvət etdim”, - deyə Zelenski bildirib.
İki ölkə prezidentin sözlərinə görə, Cənubi Koreya Ukraynaya humanitar yardım, o cümlədən minalardan təmizləmə, iqtisadi və beynəlxalq dəstək göstərir. Yun Sok Yol qeyd edib ki, onun ölkəsi Ukrayna ilə bağlı sülh düsturunu dəstəkləyir və onun həyata keçirilməsinə kömək etməyə çalışır.
"Reabilitasiya sahəsində bizə yeni genişmiqyaslı reabilitasiya sənayesi lazımdır. Mən Koreya Respublikasını Ukraynada reabilitasiya mərkəzlərinin yaradılmasında liderliyini saxlamağa dəvət etdim. Təbii ki, biz iqtisadi əməkdaşlığı müzakirə etdik. Bu, enerji, nəqliyyat, və Ukraynada dəmir yolu və sənaye sahələrinin yaradılmasıdır”, - deyə Zelenski əlavə edib.
Bundan əlavə, Cənubi Koreya prezidenti Seulun Ukraynanın müharibədən sonrakı bərpası proqramına qoşulacağını vurğulayıb. Ölkə artıq zədələnmiş Ukrayna məktəblərinin bərpasına kömək edir.
Xatırladaq ki, bu gün Cənubi Koreya prezidenti və birinci xanım Ukraynaya rəsmi səfərə gəliblər. Bu, ikitərəfli münasibətlər tarixində Cənubi Koreya liderinin Ukraynaya ilk səfəridir. /Report/