Zelenski Azərbaycan Prezidentini ölkəsinə səfərə dəvət etdi

Zelenski Azərbaycan Prezidentini ölkəsinə səfərə dəvət etdi
SİYASƏT

15-12-2021, 17:50

Mətn ölçüsü

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib.

News24.az-ın xəbərinə görə, bu barədə V. Zelenski dekabrın 15-də Brüsseldə Azərbaycan Prezidenti ilə görüşü zamanı bildirib.

“Fürsətdən istifadə edərək Sizi Ukraynaya səfərə dəvət edirəm. Ümid edirdim ki, Siz bizim müstəqilliyimizin 30-cu ildönümündə ölkəmizə səfər edəcəkdiniz, lakin COVID-ə görə bu günlərdə dünyada vəziyyətin çətin olduğunu da başa düşürəm. Lakin müstəqilliyin 30-cu il dönümü bütün il ərzində qeyd olunur - avqust ayından növbəti ilin avqust ayınadək. Buna görə ümid edirəm ki, Siz imkan tapıb Ukraynaya gələcəksiz və biz Sizin səfərinizi səbirsizliklə gözləyəcəyik”, - V. Zelenski qeyd edib.