Namiq 14 il sonra konsert verdi - VİDEO
    • 15-07-2023, 22:50
    • 768

Namiq 14 il sonra konsert verdi - VİDEO

Meyxanaçı- müğənni Namiq Qaraçuxurlu 14 il sonra konsert proqramı ilə çıxış edib.

News24.az  xəbər verir ki, sənətçi Yaşıl Teatrda sevənlərinin qarşısına çıxıb. 

Konsert öncəsi jurnalistlərin suallarına cavab verən Qaraçuxurlu pərəstişkarlarının istəyi üzərinə konsert hazırlığına başladığını qeyd edib:
“Sənətçinin konsert vermək borcudur. Mən də 14 ilin hesabatını verdim. Sevənlərim çoxdan məndən konsert gözləyirdi. Bilirsiniz ki, ölkə olaraq çətin günlər yaşadıq. Mən də sənətdən uzaqlaşdım. Qələbə qazandıq. Düşündüm ki, konsertin vaxtıdır. Yanımda olan hər kəsə təşəkkür edirəm”.
Ard-arda sevilən mahnılarını səsləndirən Qaraçuxurlunun çıxışı alqışlarla qarşılanıb. 

Könül İbrahim