Bakıda Novruz yarmarkaları fəaliyyətə başlayır - CƏDVƏL
    • 1-03-2019, 11:05
    • 647

Bakıda Novruz yarmarkaları fəaliyyətə başlayır - CƏDVƏL

Novruz bayramının yaxınlaşması ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinın tapşırığına əsasən, paytaxtın bütün rayonlarında hazırlıq işlərinə başlanıb.

News24.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, işlər çərçivəsində şəhərin meydan və parklarının, istirahət bağlarının abadlaşdırılması, burada yeni yaşıllıqların salınması, gül və kolların əkilməsi həyata keçirilir. Eyni zamanda küçə və prospektlərdə, parklarda, ictimai-iaşə obyektlərində, bir sıra binaların fasadında tərtibat işləri aparılmasına başlanıb, Novruz atributlarının şəkilləri, müxtəlif maketlər, dekorativ bəzək elementləri quraşdırılır.

Bayramla əlaqədar mart ayının 2-dən etibarən paytaxtın bütün rayonlarında Novruz yarmarkaları fəaliyyətə başlayacaqdır.

Bu yarmarkalarda respublikamızın müxtəlif bölgələrindən gəlmiş fermerlər şəhər sakinlərinə müxtəlif kənd təsərrüfatı mallarını bazar qiymətlərindən xeyli ucuz təklif edəcəklər. Bu fermerlər üçün yarmarkalarda müvafiq şərait yaradılmışdır. Məhsulların keyfiyyəti və qiymətlərinə müvafiq qurumlar tərəfindən nəzarət ediləcək.

Həmçinin Bakı Şəhər İcra Hakimiyyətə Ticarət və Xidmət Departamenti tərəfindən paytaxt sakinlərinin rahatlığı üçün 12 yerdə,  ilk növbədə metro stansiyalarının yaxınlıqlarında 23-dən çox Novruz çadırları quraşdırılmış və burada da bayram ərzaqlarının, müxtəlif hədiyyələrin satışı təşkil olunub.

Yarmarkalar martın 25-nə kimi davam edəcək.


 
RayonlarYarmarkaların ünvanlarıQeyd
1.Binəqədi 7-ci mikrorayon, A.Kunanbayev küçəsi ilə S.S. Axundov küçəsinin kəsişməsi 
2.QaradağLökbatan qəsəbəsi, 28 May küçəsi 
3.XətaiMəzahir Rüstəmov küçəsi 10,12, 21, 23 saylı yaşayış binaların əhatə dairəsi - (Məzahir Rüstəmov küçəsinin Sarayeva və S. Ə. Şirvani küçələri ilə kəsişməsi) 
4.XəzərMərdəkan qəsəbəsi S. Yesenin küçəsi - 106    ( köhnə avtovağzal ərazisi ) 
5.PirallahıPirallahı qəsəbəsi, K. Rzayev küçəsi 14 nömrəli evin qarşısındaki  qeyri-yaşayış obyekti 
6.NərimanovGənclik metrosunun çıxışı, Fətali Xan Xoyski prospekti 79 saylı binanın qarşısı 
7.NəsimiMərdanov qardaşları küçəsi 59 
8.NizamiŞirin Mirzəyev küçəsi ilə Qara Qarayev küçəsinin kəsişməsi ( “Praqa” şadlıq evi ilə üzbəüz) 
9.SabunçuBakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi ilə Muxtar Fətəliyev küçəsinin kəsişməsi, bina 72-nin qarşısı 
10.SəbailNizami küçəsi  (Land Mark-ın yaxınlığında) 
11.SuraxınıYeni Günəşli qəsəbəsi, «V» yaşayış massivi, “Günəş” ticarət mərkəzi 
12.YasamalH.Cavid prospekti (H.Cavid  parkınin ərazisində )