Kreml taxıl müqaviləsinə xitam verdiyini açıqladı
    • 17-07-2023, 13:19
    • 379

Kreml taxıl müqaviləsinə xitam verdiyini açıqladı

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, iyulun 17-də taxıl sazişi üzrə Qara dəniz sazişləri faktiki olaraq qüvvəsini itirib.

News24.az xəbər verir ki, Kreml sözçüsünün sözlərinə görə, taxıl sövdələşməsinə dair razılaşmaların Rusiya hissəsi hələ də yerinə yetirilməyib.

“Əslində bu gün Qara dəniz sazişləri öz qüvvəsini itirdi. Rusiya Federasiyası prezidentinin daha əvvəl dediyi kimi, son tarix iyulun 17-dir”, - Peskov əlavə edib.

Rusiya dövlət başçısının mətbuat katibi qeyd edib ki, Moskva tezliklə Qara dəniz sazişlərinin icrasına qayıtmağa hazırdır.

“Taxıl müqaviləsi dayanıb. Rusiya hissəsi tamamlanan kimi Rusiya tərəfi dərhal bu sövdələşmənin icrasına qayıdacaq”, - Peskov qeyd edib.

Bundan əvvəl ABŞ Rusiyanın taxıl sazişindən çıxmağa hazır olduğunu bəyan edib. Bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan məlumat verib.

Akqabay