Berlin çağırır: Avropadan taxıl müqaviləsinin pozulmasına reaksiya
    • 17-07-2023, 18:30
    • 235

Berlin çağırır: Avropadan taxıl müqaviləsinin pozulmasına reaksiya

Almaniya hökumətinin sözçüsü Kristian Hoffmann bu gün, federal hökumət “Rusiyanı bir daha taxıl müqaviləsini uzatmağa və planetin ən yoxsul insanlarının hesabına münaqişə yaratmamağa çağırır”.

News24.az xəbər verir ki, bu barədə “Eadaily” məlumat yayıb.

Berlin həmçinin Ukraynadan taxıl və gübrə ixracına dair müqavilələrin gələcəkdə uzun müddətə bağlanmasının və hər dəfə bir neçə ay müddətinə uzadılmamasının tərəfdarı olduqlarını bildirib.

Almaniyanın Ərzaq və Kənd Təsərrüfatı Naziri Cem Özdemir qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinin “öz dəhşətli müharibəsi naminə dünyanın ən yoxsul insanlarını girov götürüb”.

Onun sözlərinə görə, Moskvanın sövdələşməni ləğv edəcəyi gözlənilirdi, ona görə də Ukrayna taxılının Avropa limanlarına ixracı üçün dəmir yolu və avtomobil yolu ilə quru marşrutları son dərəcə vacibdir. Avropa Komissiyasının sədri Ursula von der Leyen bazar ertəsi günü Rusiyanın taxıl sazişindən çıxmaqla "qeyri-qanuni addım" atdığını iddia edib.

“BMT və Türkiyənin səylərinə baxmayaraq, Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsünü dayandırmaq üçün rüsvayçı addımını qətiyyətlə pisləyirəm. Aİ dünyanın ən həssas insanları üçün ərzaq təhlükəsizliyini təmin etmək üçün çalışır”,- deyə o, Tvitter-də yazıb.

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məsələyə münasibət bildirərkən deyib ki, Qara dəniz sazişləri faktiki olaraq öz qüvvəsini itirib və sazişlərin taxıl sövdələşməsinə dair Rusiyaya aid hissəsi yerinə yetirilməyib. 

Arzu