-
- 17-07-2023, 14:05
- 249
“Vaqner Belarusda NÖVBƏTİ TƏXRİBATA hazırlaşır” – Cümşüd Nuriyev
“Vaqnerin Belarusdan Rusiyaya hücum etmək ehtimalı yoxdur. Belarus Prezidenti Aleksandr Lukaşenko nə etsə də, onu artıq diktator kimi tanıyırlar. Putin Vaqnerin yükünü Lukaşenkoya yüklədi ki, məsuliyyəti onun üzərində olsun. Siyasətdə bilərəkdən tələyə düşmə taktikası var. Bu tələni Rusiya hazırlasa da, Belarus bilərək düşdü”.
Bu fikirləri New24.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
O bildirib ki, həm Rusiya, həm də Belarus çox çətin vəziyyətdədir: “Çünki bütün Avropa onların üzərinə gedir. Ancaq Avropanın yürütdüyü siyasət də çox dişsizdir. Avropa ölkələri Rusiya və Belarusdan qorxaraq Ukraynanı müdafiə edirlər. Rusiya da bunu bildiyi üçün hər dəfə nüvə silahı ilə Avropanı təhdid edir. Ancaq nüvə silahı Ukraynada istifadə edilsə, Rusiya əhalisinin 111 milyonu, yəni təxminən 10-12 əyaləti məhv olar. Rusiya bu variantdan istifadə etməz. Stokholm Hərbi İnstitutunun hesablamalarına görə, 80 minə yaxın Vaqner üzvü var. Məlumatda yazılır ki, onların əksəriyyəti Afrikadadır. Vaqnerdə təkcə ruslar yox, bütün xalqların nümayəndələri yer alır. “Vaqner” muzdlu hərbi təşkilatının sədri Yevgeni Priqojin o qədər də ağıllı biri deyil. 9 il həbsdə yatıb, fırıldaqçıdır. Bu adam hərbçi deyil. Putin öz ətrafını təmizləmək üçün Priqojinlə razılaşdı, daha sonra iə onu “mədəni istirahət”ə göndərdi. Vaqnerin Belarusda güclənib, Kiyevi ələ keçirməsini də istisna etmirəm. Rusiya siyasətində variantlar A,B ilə bitmir, həmişə çox olur. Rusiyanın gizli variantlarının nə olacağı bilinmir. Məncə, Vaqner Belarusda növbəti təxribata hazırlaşır”.
Məhərrəm Əliyev