"Uşaqlarda xəstəlik daha sürətlə inkişaf edir" —  İnfeksionist
    • 17-07-2023, 15:08
    • 142

"Uşaqlarda xəstəlik daha sürətlə inkişaf edir" — İnfeksionist

"Küçə itləri nəzarətə götürülsə yaxşı olar".

Bu fikirləri News24.az-a açıqlamasında həkim-infeksionist Sevinc Cəfərzadə deyib. Həkimin sözlərinə görə, adətən itlərdə quduzluğa yoluxma bir o qədər hiss olunmur:

"Adətən itlərdə çox nəzərə çarpan əlamətlər olmur. Ağızsuyunun artması, aqressivlik, müvazinətin pozulması və s. kimi əlamətlər müşahidə olunur. Hətta, adətən zingildəyirlər. Əgər şübhəli heyvan sizi və yaxınınızı dişləyibsə, mütləq infeksionistə müraciət edilməlidir. Bundan sonra dərhal sxem üzrə quduzluq əleyhinə vaksin vurulmalıdır".

S.Cəfərzadə bildirib ki,  xəstəlik insanlarda  üç mərhələdə inkişaf edir:

"Birinci mərhələ depressiv vəziyyət, ikinci mərhələ psixomitor oyanıqlıq, qıcıqlılıqdır. Üçüncü mərhələ isə iflic komatoz vəziyyət və ölümdür. Əgər xəstəliyin artıq aktiv mərhələsi üzə çıxıbsa, bu zaman 5-8 gün müddətində ölüm baş verir. Buna görə də, vaxtında həkimə müraciət olunmalı və quduzluq əleyhinə vaksin vurulmalıdır. Ümumiyyətlə, qeyd edim ki, uşaqlarda  xəstəlik daha sürətlə inkişaf edir". 

Aynurə