Bura Venesiya deyil,  “Ulduz” stansiyasıdır - VIDEOREPORTAJ
    • 17-07-2023, 18:26
    • 315

Bura Venesiya deyil, “Ulduz” stansiyasıdır - VIDEOREPORTAJ

Bakıda gecə saatlarından başlayan yağış paytaxtın müxtəlif yerlərində ciddi problemlər yaradıb.

Bu dəfə yağan yağışlar daha çox “Ulduz” metro stansiyası qarşısında keçilməz göl yaradıb. Belə ki, sakinlər həm metroya düşməkdə çətinlik çəkir, həm də ərazidə yerləşən dayanacağından avtobuslara minə bilmir. 

Məsələ ilə bağlı “Azərsu” ASC-dən News24.az-a bildirilib ki, sözügedən ərazidə onlara məxsus yağış qurğuları mövcud deyil. 

Müxbir: Ayfər Nizaməddinqızı
Video: Nicat Niftəliyev