-
- 17-07-2023, 18:47
- 445
Brüssel görüşu: Kremlin ikibaşlı bəyanatı, Xankəndinin "dirənişi" - Nə baş verir? - Şərh
Brüssel görüşü…Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını ehtiva edən üçtərəfli danışıqlar formatı. Görüş, danışıqlar, sonrakı açıqlamalar və…Və əlbəttə ki, Rusiya tərəfinin adətkar olduğu giley-güzarı. Bir yandan beynəlxalq vasitəçi rolunda çıxış edən Avropa İttifaqı Brüssel görüşünün nəticələri haqqında pozitiv açıqlamalar verir, müzakirə olunan məsələləri açıqlayır, digər tərəfdən isə Rusiya Xarici İşlər Nazirliyi xüsusi bəyanatla çıxış edərək bildirir ki, Ermənistanın Qarabağı rəsmən Azərbaycanın ərazisi kimi tanınması bölgədə sülhməramlıların yerləşdirilmə şərtlərini tam dəyişdirib. Rusiyanın Xarici Siyasət İdarəsinin bu ikibaşlı bəyanatı əlbəttə ki, cavabsız qalmadı. Azərbaycan tərəfi bildirdi ki, bu kimi açıqlamalar müttəfiqlik bəyannamasi, eləcə də, Rusiya Prezidenti Vladimir Putinin Qarabağ da daxil olmaqla, ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən çıxışları ilə ziddiyyət təşkil edir.
Azərbaycan lap əvvəldən normallaşma və sülhə nail olunması şərtlərini müzakirələrdə vasitəçi olmaq istəyən tərəflərə təqdim edib. Lakin həm kapitulyasiya aktını imzalayan Ermənistan, həm də sənədin icrasında zamin rolunu oynamalı olan Rusiya hər vəchlə vəziyyəti gərginləşdirməyə çalışır, həm də yekun razılaşmaların imzalanmasına mane olur. Görüş öncəsi Xankəndidə, eləcə də iyulun 17-də İrəvanda keçirilən aksiyalar da bunu göstərir. Görünən həm də odur ki, İrəvan Rusiyanın təzyiqləri altında 10 noyabr bəyanatının müddəalarının icrasını ləngitməklə Kremlin çaldığı havaya “oynayır”.
Rusiyanın bu məsələ ətrafında qurduğu oyunlara Azərbaycanın Xarici İşlər Nazirliyi də münasibət açıqlayıb. Vurğulanıb ki, Brüssel görüşü ilə paralel olaraq, Kremlin dəstəyi ilə Xankəndidə keçirilən aksiyaların fonunda Moskvanın xarici işlər nazirlərinin üçtərəfli görüşün təşkili niyyəti səmimi görünməməklə yanaşı, proseslərdən təcrid olunmadan narahatlıq hissinin artmasına oxşayır.
Siyasi şərhçi Anar Əliyev bildirir ki, rəsmi Moskva üzərinə götürdüyü arbitr rolunun mahiyyətinə qətiyyən xidmət etməyən davranışlar nümayiş etdirir:
“Rusiya bütün mümkün cəhdlərlə Ermənistanla Azərbaycan arasında münasibətlərin sülh yolu ilə nizamlanmasına yaranan ümidlərə zərbə vurmaq üçün Ermənistan və Qarabağdakı separatçılar arasında ciddi narazılıqlar doğuracaq proseslərə rəvac verir. Adıçəkilən ölkənin hakimiyyəti Xarici İşlər Nazirliyi vasitəsilə Ermənistanın hökumət başçısı Nikol Paşinyanın Azərbaycanın 86,6 kv.km ərazi bütövlüyünü tandığı barədə bəyanatını belə şərh edərək, bu açıqlamanın Qarabağın gələcəyi ilə bağlı hansısa planları məhv etdiyini bildirib. Bu mövqeyi ilə rəsmi Moskva həm də Ermənistanda qarışıqlıq yaradaraq, sülh müqaviləsinin imzalanması, habelə Qarabağın erməni icmasının inteqrasiya prosesinin uzadılmasına silsilə cəhdlər edir. Məncə, istər beynəlxalq güclərin təzyiqi, istərsə də Azərbaycanla Türkiyənin bölgədə ortaya qoyduğu iradənin nəticəsi olaraq imkanları kifayət qədər zəifləyən Rusiyanın regional proseslərə təsir mexanizmləri getdikcə daha da azalacaq”.
Siyasi ekspert, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, yaxın vaxtlarda həm regional, həm də qlobal səviyyədə ölkəmizin maraqlarına xidmət edən daha ciddi proseslər cərəyan edəcək. O ki qaldı Moskvanın pozuculuq cəhdləri və Xankəndiyə sığınan separatçıların tör-töküntülərinə verdiyi dəstəyə, istənilən halda onların məqsədə çatmaq ehtimalı sıfıra bərabərdir.
“Danışıqlardan sonra Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan əleyhinə verdiyi bəyanat əslində prosesi pozmağa xidmət edir. Bəyanatda Ermənistanın baş nazirindən dolayısı ilə tələb edirlər ki, Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı Azərbaycanın ərazisi kimi tanımasın, bizə isə “mesaj” göndərirlər ki, Laçın dəhlizi açılmalıdır. Burada “dəhliz” ifadəsi işlədilir, halbuki bizim üçün ora yoldur. Amma biz heç nəyə baxmayaraq, həm Vaşinqton, həm də Brüssel formatından istifadə etməliyik. Çünki onlar ölkəmizin ərazi bütövlüyünü birmənalı olaraq tanıyırlar, üstəlik Azərbaycanın daxili işi olduğuna görə Qarabağ mövzusuna ümumiyyətlə, toxunmurlar. Rusiya isə separatizmə dəstəyini davam etdirir. Xankəndidə təşkil olunan mitinqlər də bunun bariz sübutudur”.
“Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko da News24.az-a açıqlamasında münasibətlərin normallaşması üzrə danışıqların gedişatı və yekunu ilə bağlı fikirlərini bölüşüb. O, bildirib ki, danışıqların hazırkı mərhələsində tərəflər mövqelərini uzlaşdırmaqla yanaşı, sülh müqaviləsi üzrə müzakirələri davam etdirir:
“Güman edirəm ki, bu mərhələ sülh sazişinin yekun variantı razılaşdırılanadək davam edəcək. Onu da müşahidə edirik ki, bir sıra məsələlərdə Ermənistan konstruktiv mövqe nümayişindən yayınır. Ümid edirəm ki, ilin sonunadək tərəflər sülh sazişinin yekun variantını razılaşdırmağa nail olacaq. Rusiyaya gəlincə, hazırda bu dövlət öz problemləri ilə məşğul olsa da, onun mövcudluğu faktorunu unutmaq olmaz. Söhbət ondan gedir ki, rəsmi Moskva tərəflərə öz mövqeyini qəbul etdirməyə çalışacaq. Burada isə həm Azərbaycan, həm də Ermənistanın üzərinə düşən əsas məsələ bu və ya digər məsələlərdə öz mövqelərini müdafiə etməkdən ibarətdir”.
Ekspertlər düşünür ki, tərəflər beynəlxalq vasitəçilərin iştirakı ilə münasibətlərin normallaşması və bölgədə dayanıqlı sülhə nail olmaq istiqamətində vahid mövqe sərgiləsə, heç bir qüvvə bu prosesin qarşısını almağa nail ola bilməyəcək. Hər şey sadəcə güclü siyasi təşəbbüs və onu reallaşdıracaq qüvvələrin qətiyyətindən asılıdır.
Fərid Azəri