-
- 18-07-2023, 00:01
- 287
Zaqatalada qəzaya düşən uşaq müalicə üçün Bakıya göndərilib - YENİLƏNDİ
Zaqatalada yol qəzasına düşənlərin şəxsiyyəti məlum olub.
Qəzaya düşənlər Şəmkir rayon sakinləri olmaqla bir ailənin üzvüləridir.
Bunlar sürücü Elçin Quliyev, onun həyat yoldaşı 32 yaşlı Gunay Quliyeva və ailənin 4 yaşlı övladı Yusifdir. Azyaşlının vəziyyəti nəzərə alınaraq daha ixtisaslı tibbi yardım almaq üçün TƏBİB-in tabeliyindəki Respublika Neyrocərrahiyyə Xəstəxanasına göndərilib. E.Quliyev və G.Quliyevanın müalicəsi Zaqatala RMX-da davam etdirilir. /APA/
***
18.16
Zaqatalada minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var.
Hadisə axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala rayonu Lahıc kənd inzibati ərazisində baş verib.
İlkin məlumata görə, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Qəza zamanı biri azyaşlı olmaqla üç nəfər xəsarət alıb.
Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər. Hazırda yaralıların müayinəsi aparılır və şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır. /APA/