-
- 18-07-2023, 12:09
- 177
Krım körpüsünün bərpasına bu qədər vəsait lazımdır - Fantastik rəqəm
Hücumdan sonra Krım (Kerç) körpüsünün təmiri 600 milyon rubla (təxminən 6 milyon 620 min dollar) başa gələ bilər.
News24.az xəbər verir ki, bərpa qiymətini tikinti sənayesi üzrə ekspert Şamil Sultanov açıqlayıb.
Sultanov vurğulayıb ki, yolun istismarında dayaqların möhkəmliyi əhəmiyyətlidir. Xərclə bağlı ekspertin rəyini Dövlət Dumasının Tikinti və Mənzil-Kommunal Təsərrüfat Komitəsinin üzvü Sergey Kolunov bölüşüb. Onun sözlərinə görə, ötən ilin oktyabrında belə bir bərpa 200-300 milyon rubla başa gələcəkdi. İndi tikinti materiallarının qiymətləri 3,6% bahadır.
Bundan əvvəl Rusiyanın fövqəladə halların aradan qaldırılması üzrə hökumət komissiyası zədələnmiş körpünün analizini aparıb. Hücum nəticəsində Taman istiqamətində yol zolağının bir hissəsi tamamilə dağılıb, Kerç yaxınlığındakı zolağın isə yetmiş-səksən santimetr yerdəyişməsi olub. Bununla belə, strukturun dirəklərinə ziyan dəyməyib.
Rusiya baş nazirinin müavini Marat Xusnullin məlumat vermişdi ki, Krım körpüsünün təmiri üçün əsas texnologiya müəyyən edilib və bütün layihəçilər işə başlayıblar.
Akqabay