Pirşağıda su kanalı partladı, ərazini su basdı - VİDEO
    • 18-07-2023, 12:32
    • 175

Pirşağıda su kanalı partladı, ərazini su basdı - VİDEO

“Pirşağıda yolun kənarında su kanalı patlayıb. Su idarəsinə zəng etdik, dedilər ki, “Meliorasiya idarəsinə zəng edin”, ora zəng etdik, dedilər ki, Novxanıdakı qaynar xəttə (8770) zəng edin, ora da saatlardır zəng edirik, “viktorinaya xoş gəldiniz” reklamı səslənir”. 

News24.az xəbər verir ki, bu barədə tanınmış politoloq Elxan Şahinoğlu sosial media hesabında paylaşım edib.

“Bələdiyyəyə də zəng etdik, orada da telefonu götürən yoxdur. Pirşağını su basacaq, bunlardan səs çıxmayacaq. Halbuki, dövlət başçısı bir neçə il əvvəl Pirşağıya gələrək kəndi abadlaşdırmağı tapşırmışdı”, - deyə E.Şahinoğlu bildirib.

Akqabay