Bakıda taksi sürücüsü nəvəsi ilə maşına minən qadına əxlaqsız təklif etdi
    • 19-07-2023, 11:21
    • 240

Bakıda taksi sürücüsü nəvəsi ilə maşına minən qadına əxlaqsız təklif etdi

Bakıda xanım sərnişinə əxlaqsız təkliflər edən daha bir taksi sürücüsü həbs edilib.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə iyulun 11-də Xətai rayonu ərazisində - metronun “Həzi Aslanov” stansiyası yaxınlığında baş verib. Ərazidə xidmət aparan polis əməkdaşları bir qadınla taksi sürücüsünün münaqişə etdiyini görərək yaxınlaşıblar. Qadın polislərə sürücünün  maşında ona əxlaqsız təkliflər etdiyini deyib.

Saxlanılan şəxs ərazi üzrə Xətai RPİ-nin 36-cı Polis Şöbəsinə aparılıb və barəsində protokol tərtib edilib. Onun Lənkəran rayon sakini, Bakıda kirayə yaşayan və “Kia Rio” markalı avtomobillə “Bolt” şirkətində sürücü işləyən 1983-cü il təvəllüdlü A.S olması müəyyən edilib.

Onun 45 yaşlı qadını və nəvəsini Sabunçudan Xətai rayonu istiqamətinə aparması və yolda sərnişinə əxlaqsız təkliflər etdiyi məlum olub.

Barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələri ilə protpkol tərtib edilən şəxs Xətai Rayon Məhkəməsinə göndərilib. Məhkəmə yaşlı qadına əxlaqsız təkliflər edən sürücüyə 10 sutka həbs cəzası verib.

Taleh Bağırov