-
- 12-01-2023, 16:21
- 863
Bakıda xanım müştəriyə görüş təklif edən 23 yaşlı sürücü həbs edildi
Bakıda xanım müştəriyə görüş təklif edən taksi sürücüsü həbs edilib.
News24.az-ın əldə etdiyi məlumata görə, hadisə bir neçə gün əvvəl Binəqədi rayonu ərazisində baş verib. Belə ki, N.Əhmədova (ad-soyadlar şərtidir) Nərimanov rayonu ərazisindən Biləcəriyə taksi sifariş edib. Sifarişi qəbul edən “Toyota Prius” markalı taksinin sürücüsü, Kəlbəcər sakini olan 23 yaşlı Raul Əsədov yolda xanım sərnişinlə tanış olmaq, onunla görüşmək istədiyini deyib. Gənc xanım taksini tərk edəndən sonra hadisə barədə atasına deyib və onlar polisə müraciət ediblər.
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları taksi sürücüsünü müəyyən edərək saxlayıblar və onun barəsində protokol tərtib edilib.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə sərnişinə əxlaqsız təkliflər edən sürücüyə 15 sutka inzibati həbs cəzası verilib və o, təcridxanaya göndərilib.
Taleh BAĞIROV