“Neftçi” “Spartak”a da uduzdu
    • 19-07-2023, 00:40
    • 362

“Neftçi” “Spartak”a da uduzdu

Rusiyada təlim-məşq toplanışında olan “Neftçi” yeni mövsüm öncəsi son yoxlama görüşünü keçirib.

News24.az​​​ xəbər verir ki, Bakı klubu Moskvada yerli “Spartak” komandası ilə üz-üzə gəlib.

“Otkrıtiye Bank Arena”da baş tutan matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Spartak”ın heyətində 34-cü dəqiqədə Pavel Meleşin, 37-ci dəqiqədə isə Kuinsi Promes fərqləniblər.

Bununla da “Neftçi”nin yay təlim-məşq toplanışı başa çatıb. İyulun 19-da Bakıya qayıdacaq komanda hazırlığın son mərhələsini paytaxtda davam etdirəcək.

Xatırladaq ki, buna qədər Sankt-Peterburqda “Match TV” turnirində iştirak edən “Neftçi” Rusiyanın “Zenit” (1:3), Serbiyanın “Srvena Zvezda” (0:4) və Türkiyənin “Fənərbaxça” (0:1) klubları ilə qarşılaşıb.