"Neftçi" "Zenit"ə məğlub oldu
    • 1-07-2023, 22:57
    • 381

"Neftçi" "Zenit"ə məğlub oldu

"Neftçi" Rusiyada "Match TV" beynəlxalq turnirində ilk oyununu keçirib.

News24.az xəbər verir ki, "ağ-qaralar" Sankt-Peterburq təmsilçisi "Zenit" komandası ilə qarşılaşıb.

"Qazprom Arena"da oynanılan görüş rəqibin qələbəsi ilə başa çatıb - 3:1.

Hesabı 39-cu dəqiqədə Bakı klubundan Mateus Saldanya açıb. Braziliyalı hücumçu penaltini dəqiq yerinə yetirib. "Zenit"in qollarını isə 49-cu dəqiqədə Qustavo Mantuan, 70-ci dəqiqədə Klaudinyo və 80-ci dəqiqədə Zelimxan Bakayev vurublar.

Qeyd edək ki, "Neftçi" turnirdə iyulun 8-də Serbiyanın "Srvena Zvezda", iyulun 12-də isə Türkiyənin "Fənərbağça" klubları ilə üz-üzə gələcək.