Britaniya kəşfiyyatı: Dnepr ətrafındakı hərbi əməliyyatlar daha da intensivləşəcək
    • 19-07-2023, 12:14
    • 228

Britaniya kəşfiyyatı: Dnepr ətrafındakı hərbi əməliyyatlar daha da intensivləşəcək

Rusiya Ukraynanın Xerson vilayətindəki hərbi qüvvələrinin sayını artırmaqda çətinliklə üzləşib. 

News24.az yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi kəşfiyyat bülletenlərinə əsasən məlumat yayıb.
 
Bildirilib ki, qarşıdakı günlərdə Dnepr çayının aşağı axarında hərbi əməliyyatların daha da intensivləşəcəyi, daha gərgin döyüşlərin isə Antonov körpüsü, eləcə də, Dneprin deltası uğrunda gedəcəyi açıqlanıb. 

O da bildirilib ki, Rusiya yuxarıda göstərilən ərazilərdə kiçikhəcmli katerlərdən, Ukrayna tərəfi isə taktiki pilotsuz uçuş aparatlarından istifadə edir. 

Qeyd edək ki, iyulun 18-də Böyük Britaniya kəşfiyyatı həm Ukrayna, həm də Rusiya ordusunun cəbhənin müxtəlif istiqamətlərində bir sıra mövqeləri ələ keçirdiyini açıqlayıb. 

Fərid Azəri