Yunanıstan meşələri yanır
    • 19-07-2023, 12:50
    • 167

Yunanıstan meşələri yanır

Yunanıstanda 3 gündür davam edən meşə yanğınları nəzarət altına alına bilmir.

News24.az xəbər verir ki, paytaxt Afina yaxınlığındakı Lutraki və Meqara bölgələrində küləyin təsiri ilə yayılan yanğınlar 50 min hektar meşə və əkinçilik sahəsi ilə yanaşı, çox sayda ev və nəqliyyat vasitəsini də yararsız hala salıb. 

Ehtiyat tədbiri olaraq Afina yaxınlığında yaşayış məntəqələri boşaldılıb. Neft emalı zavodunu qorumaq üçün magistral yollar bağlanıb.

İqlim böhranı və mülki müdafiə naziri Vasilis Kikilyas yanğınlarla əlaqədar 2 nəfərin saxlanıldığını açıqlayıb.

Avropa İttifaqı 4 yanğınsöndürmə təyyarəsinin göndərilməsinə qərar verildiyi bildirilib.

Qumral