Trampdan yeni qərar - AVROPADAN GƏLƏNLƏR ABŞ-a BURAXILMAYACAQ
    • 12-03-2020, 10:48
    • 643

Trampdan yeni qərar - AVROPADAN GƏLƏNLƏR ABŞ-a BURAXILMAYACAQ

ABŞ prezidenti Donald Tramp koronavirusla bağlı yeni qərar verib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, D.Trampın yeni qərarına əsasən Avropadan gələnlərin Amerikaya girişi 30 gün müddətinə qadağan edilib. 

ABŞ lideri bildirib ki, Avropa Birliyi koronavirusun qarşısını almaqda uğursuz olub.Donald Tramp qeyd edib ki, ABŞ-da virusa yoluxma halları məhz Avropadan gələnlərin sayəsində baş verib.