Xankəndidə çaxnaşma: vəziyyət nəzarətdən çıxdı, Araik hər kəsə məktub yazır
    • 19-07-2023, 14:03
    • 1 442

Xankəndidə çaxnaşma: vəziyyət nəzarətdən çıxdı, Araik hər kəsə məktub yazır

Xəbər verdiyimiz kimi, separatçıların “başçısı” Xankəndidə “oturaq aksiya”ya qoşulub. 

News24.az xəbər verir ki, “Hraparak” qəzeti yazır ki, qondarma “parlamentin spikeri” Artur Tovmasyan təcili “iclas” çağırıb. Orada bütün “parlament” fraksiyalarının “rəhbərləri” və bəzi “deputatlar” iştirak ediblər. 

“Gecə yarısından sonra onlar mərkəzi meydanda əyləşən Araik Arutyunyanı ziyarət ediblər. Onun bu addımı ilə nəyə nail olacağını anlamağa çalışıblar. Arutyunyan cavab verib ki, başqa yol yoxdur, bacardığı hər kəsə məktublar yazır. Cavab yoxdur, vəziyyət ağırdır. Ona görə də bu yolla diqqəti cəlb etmək qərarına gəlib”, - nəşr yazır.

Araik hətta qeyd edib ki, onun jantaj kartını işə aldığı videomüraciəti eyni zamanda Ermənistan hakimiyyətinə də ünvanlanıb. Bu isə hazırda Qarabağda vəziyyətin Araik Arutyunyanın nəzarətindən çıxdığını göstərir.

Məlumdur ki, baş separatçı Araik Arutyunyan beynəlxalq ictimaiyyət qarşısında vaxt qoyub. Bildirib ki, “bir həftə ərzində stabil və normal vəziyyətin yaradılması üçün beynəlxalq müdaxilə edilməsə, biz həm “artsaxda” (hazırda ermənilərin yaşadığı ərazi), həm də ondan kənarda daha sərt tədbirlərə əl atacağıq”.

Qondarma rejimin “deputatları” Araikin hansı “sərt tədbirlər”ə eyham vurduğunu soruşublar, lakin Arutyunyan heç nə açıqlamayıb, sadəcə olaraq, başqa hərəkətlər planlaşdırdıqlarını qeyd edib. 

Akqabay