-
- 19-07-2023, 14:55
- 248
50-dən çox ölkə defoltla üzləşir: BMT açıqladı
Dünyanın 50-dən çox ölkəsi borc öhdəliklərini yerinə yetirə bilmir və defolta yaxınlaşır.
News24.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş məlumat verib.
"Bir çox ölkələr maliyyə uçurumunun astanasındadır. 52 ölkə defolt vəziyyətindədir və ya buna yaxındır", - Quterreş bildirib.
BMT-nin baş katibi qeyd edib ki, bu dövlətlərin “yaxın gələcəkdə borc yükünü azaltmaq perspektivi yoxdur”. Onun sözlərinə görə, SDG fondunda hazırda 4,2 trilyon dollar çatışmır.
“2027 və 2030-cu ilə qədər yoxsulluğu və bərabərsizliyi azaltmaq üçün ölkələrin iddialı hərəkətlərinə və öhdəliklərinə ehtiyacımız var”, - Quterreş deyib.
O, həmçinin ölkələri SDG hədəflərini "yeniləyəcək və canlandıracaq" siyasi bəyannamə qəbul etməyə çağırıb.
Quterreş daha əvvəl demişdi ki, bir çox milli hökumətlər seçim qarşısındadır: dövlət borclarına xidmət göstərmək və ya əhalinin ehtiyaclarını ödəmək.
Arzu