Leylaya 10 ay həbs cəzası verildi — SƏBƏB
    • 19-07-2023, 15:38
    • 225

Leylaya 10 ay həbs cəzası verildi — SƏBƏB

İranlı aktrisaya 10 ay həbs cəzası verildi.

Molla hökumətinin məcburi hicab əleyhdarlarına qarşı repressiya və təzyiqlərin yeni dalğasında, kino və televiziya aktrisası Leyla Bolukat hicaba riayət etmədiyi üçün Semnan əyalətindəki həbsxanalardan birində 10 ay həbs cəzasına məhkum edilib.

İslam mədəniyyəti və irşad nazirinin müavini Seyid Məhəmməd Haşimi çıxarılan hökmlə eybi vaxtda deyib ki, inqilab qiyamı zamanı iki min sənətkar xalqın yanında yer alıb.

Qeyd edək ki, İranda məcburi hicab qaydalarına əməl etməyən bir çox sənətkarlara qarşı sərt tədbirlər görülür.