-
- 1-03-2019, 17:40
- 894
Azərbaycanda ilk dəfə ürək xəstələri üçün məktəb yaradılıb
Azərbaycan Respublikasında ilk dəfə olaraq Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu nəzdində xroniki ürək çatışmazlığı xəstələri və onların qohumları üçün geniş reabilitasiya proqramı başlanılıb. Bu xəstələr üçün məktəb yaradılıb.
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən News24.Az-a məlumat verilib.
Məlumatda bildirilir ki, dərslərdə xəstəliyin səbəbləri, simptomları, düzgün həyat tərzinin aparılması və vəziyyətlərinə uyğun pəhrizin saxlanılması yolları izah olunur.
Proqrama kliniki kardioloqlar, psixoloqlar,reabilitoloqlar, diyetoloqlar, endokrinoloqlar cəlb olunub.