Kardioloqlar açıqladı: “Uzunmüddətli istirahət insan ömrünü uzadır”
    • 29-08-2018, 23:00
    • 1 105

Kardioloqlar açıqladı: “Uzunmüddətli istirahət insan ömrünü uzadır”

Almaniyanın Münhen şəhərində Avropa kardioloqlar cəmiyyətinin növbəti konqresi keçirilib.

 Konqres iştirakçılarının fikrinə əsasən, uzunmüddətli məzuniyyətə çıxıb istirahət edən insanlar  qısamüddətli məzuniyyətə çıxanlara və istirahətsiz işləyənlərə nisbətən ürək damar xəstəliklərindən daha az əziyyət çəkirlər və daha uzun yaşayırlar.

Helsinki universitetinin alimi Timo Strandberq deyib:

“Sağlam həyat tərzi və yaxşı qidanın nəyisə əvəz edəcəyini düşünməyin. Əgər işləyirsinizsə, məzuniyyətə çıxmalısınız. Çünki stressdən xilas olmaq və ürək sağlamlığını bərpa etmək üçün bu vacibdir. Xüsusən də kişilər istirahət etməlidirlər”.

Hər il 17 milyon insan ürək-damar xəstəlikləri, infart, insult və xroniki ürək xəstəliklərindən dünyasını dəyişir. Bu gün bu xəstəliklərin əsas yaranma səbəbi hipertoniyadır. Hipertoniya stress, düzgün qidalanmama və oturaq həyat tərzindən qaynaqlanır.

//Ölkə.Az