Meksikada Maya şəhərinin qalıqları aşkar edildi
    • 20-07-2023, 11:27
    • 167

Meksikada Maya şəhərinin qalıqları aşkar edildi

Meksikanın Kampeçe ştatında 1000 ildən çox əvvəl mövcud olmuş qədim Maya şəhərinin qalıqları aşkar edilib.

News24.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə iyulun 20-də "The New York Times" məlumat yayıb.

Şəhər sloveniyalı İvan Şprietsin başçılıq etdiyi bir qrup arxeoloq tərəfindən kəşf edilib. Bunun üçün aerofotoqrafiya və lazer skan texnologiyasından istifadə edilib.

Okomtun ərazisində piramidalar, meydanlar, insanların evləri və konsentrik dairələrdə yerləşən tikililər tapılıb.

Ehtimal olunur ki, mayyalar bu sivilizasiyanın digər şəhərlərində olduğu kimi, quraqlıq və siyasi qarşıdurmalar səbəbindən 800-1000 il arasında Okomtunu tərk ediblər.

Aynurə