-
- 4-08-2018, 17:30
- 1 411
Maya mədəniyyəti niyə məhv olub? — ARAŞDIRMA
Maya hindularının mədəniyyətinin məhvi ilə bağlı yeni tədqiqatın nəticələri üzə çıxıb.
“Science” elmi jurnalında dərc edilən məqaləyə görə, mədəniyyət davamedən quraqlıq nəticəsində məhv olub. Quraqlıq regionda yağıntının miqdarının 50%, havada rütubətin isə 7% azalmasına səbəb olub.
Kembric univeristetnin alimi Nik Evans məsələ ilə bağlı deyib:
“Bu günə qədər də bu sivilizasiyanın məhvində iqlimin rolu barədə mübahisə edirik. Çünki əlimizdə dəqiq məlumatlar yox idi. Artıq Maya mədəniyyətinin tənəzzülü zamanı yağıntı və rütubətin dəyişikliyinə aid ilk statistik məlumatları əldə etdik”.
Maya hindularının sivilizasiyası bir neçə min il davam edib. Özündən sonra bu mədəniyyət Yukatan yarımadasında çoxsaylı “ölü şəhərlər” və tarixi abidələr qoyub. Eramızın IX əsrində mayalılar şəhərləri tərk edərək tarix səhnəsindən çəkiliblər. Alimlər bu günə qədər də məsələ ilə bağlı müzakirələr aparırlar.
Sivilizasiyanın dağılma səbəblərindən biri, alimlərin, əsasən də arxeoloqların fikrinə görə iqlim dəyişikliyi və şəhər əhalisinin sayının artması ilə bağlı üzə çıxan quraqlıq olub. Bu teoriyanın ilk ciddi sübutu Tikalya ərazisində aparılan arxeoloji qazıntılar zamanı üzə çıxıb. Ərazidə alimlər su anbarı və kanalların mürəkkəb sistemini kəşf etdilər. Bu isə sakinlərin həyatında suyun vacibliyinə şahidlik edir.
Sonra isə digər şəhərlərdə aparılan arxeoloji qazıntılar da başqa nəticələr üzə çıxardı. Məlum olub ki, mədəniyyətin məhvinə səbəb təkcə iqlim yox, qəbilələr arasındakı siyasi münaqişə olub.
Evans və həmkarları Çiçankanab gölündəki məlumatların nəticəsində Maya imperiyasının çöküşü dövründəki yağıntının miqdarını ölçüblər. Məlum olub ki, gölün dibində hər il gips, kalsium və digər minerallar yaranır. Bu isə gölə düşən yağış sayının miqdarı ilə əlaqəlidir. Məlum olub ki, eramızın 800-cü ilinin əvvəllərində gölün ətrafında yağıntı miqdarı kəskin şəkildə azalıb. 100 il sonra isə azalma davam edib və quraqlığa səbəb olub.
Ölkə.az