Meksikada insan qalıqları ilə dolu 68 kisə tapıldı
    • 11-02-2023, 10:23
    • 176

Meksikada insan qalıqları ilə dolu 68 kisə tapıldı

Meksika polisi Mexiko ştatında 68 kisə insan qalıqları aşkar edib.

News24.az xəbər verir ki, bu barədə cümə günü “El Milenio” qəzeti məlumat yayıb.

Kisələr bölgədəki doqquz məzarlıqda tapılıb. Meyitlər barədə məlumatı həbs edilmiş cinayətkar dəstə üzvləri veriblər. Meyitlərin şəxsiyyəti məlum deyil.

Rəsmi hesablamalara görə, 1964-cü ildən 2022-ci ilə qədər Meksikada itkin düşənlərin sayı 100 min nəfəri keçib.//apa