Meksikada 45 kisə insan qalıqları aşkar edildi
    • 1-06-2023, 10:56
    • 219

Meksikada 45 kisə insan qalıqları aşkar edildi

Meksikanın Xalisko əyalətində prokurorlar onlarla insan qalıqları aşkar ediblər.

News24.az xəbər verir ki, bu barədə prokurorluğun mətbuat xidməti "Twitter"də məlumat yayıb.

Qalıqlar Zapopandakı dərədə aşkar edilib və onların 45 kisə olduğu bildirilib.  

Hazırda 40 metrlik dərədə əməliyyat-istintaq işlərinin davam etdiyi bildirilir. Məhkəmə-tibb ekspertləri ölənlərin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində işlərə başlayıb. 

Qeyd edək ki, bundan əvvəl Meksikanın Puebla ştatının Tehuakan bələdiyyəsində jurnalist və keçmiş bələdiyyə məmuru Marko Aurelio Ramiresin güllələndiyi bildirilirdi.

Aynurə