-
- 20-07-2023, 13:15
- 494
"Biz aksiya keçiririk, Anna şam yeməyində, utanmır"
Azərbaycanın rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında yerləşən Xankəndi şəhərindəki separatçı-terrorçu ermənilərin bir neçə gündür başlatdığı “aksiya”ya İrəvan da qoşulub. Şəhər əhalisi “aksiya”ya başlamaqla guya Qarabağdakı ermənilərə “dəstək” ifadə etdiklərini nümayiş etdirirlər.
News24.az xəbər verir ki, iştirakçılar BMT-nin İrəvan ofisinə təqdim etmək üçün imza toplamağa başlayıblar.
“Aksiya” iştirakçılarından biri jurnalistlərə bildirib ki, camaatın laqeydliyi narahatlıq doğurur. O, baş nazir Nikol Paşinyanın arvadı Anna Akopyanı sərt tənqi edib:
“Məni ən çox incidən cəmiyyətin laqeydliyi və hələ də bu hakimiyyətin tərəfdarlarının olmasıdır. Konkret olaraq bu aksiya siyasi xarakter daşımır, BMT-dən humanitar addımlar tələb edirik, niyə qoşulmursunuz? Anna Akopyan isə eyni vaxtda şam yeməyindən fotoları dərc edir, utanmır. Yəni nə demək istəyir: sən orda acından ölürsən, mən də burada uşaqlarımı vitaminli qida ilə yedizdirirəm? Onun mesajını başa düşməmək üçün axmaq olmalısan”.
Anna Akopyan sosial media hesabında nahar bişirərkən tərəvəzlərin fotosunu yerləşdirib. Bu isə erməni cəmiyyətində qıcıq yaradıb. Əslində, etirazçıların Anna Akopyanı hədəf alması və onu “laqeydlikdə” ittiham etməsi onu göstərir ki, Paşinyanın arvadı belə onların şousuna məhəl qoymur.
Xatırladaq ki, son günlər ermənilər ABŞ, Rusiya və Fransa səfirlikləri yaxınlığında “aksiyalar” təşkil ediblər. Ermənistan və separatçı rejim “humanitar fəlakət” görüntüsü yaratmağa çalışır və bununla Azərbaycana qarşı beynəlxalq təzyiqə nail olmaq istəyirlər.
Qarabağın ermənilər yaşayan hissəsində “kütləvi aclığın” hökm sürməsi yalanına gəlincə, Xankəndidəki dəbdəbəli ziyafətlərin görüntüləri sosial şəbəkələrdə yayılır. Xankəndi və ətrafında “aclıq çəkdiyi” iddia edilən əhalinin toy etdiyi, restoranların səhərə qədər çalışdığını əks etdirən videolar da yayılır.
Azərbaycan Xankəndidə “humanitar fəlakət” olduğunu iddia edən erməni separatçı-terrorçulara Ağdamdan istənilən qida və digər zəruri tələbat mallarını tədarük etmək barədə təklif verib. Lakin separatçılar bu təklifi qəbul etmirlər. Hətta Ağdam-Əsgəran yoluna beton plitələr düzərək, mümkün qida təchizatını əngəlləməyə çalışırlar.
Akqabay