Ərdoğan sülhməramlılara vaxt qoydu, Zaxarova isə qalacaq deyir...
    • 20-07-2023, 13:34
    • 258

Ərdoğan sülhməramlılara vaxt qoydu, Zaxarova isə qalacaq deyir...

Türkiyə Rusiya sülhməramlılarının Qarabağda olması əsasında üçtərəfli bəyanatların tərəfi deyil.

News24.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyanatını şərh edərkən bildirib.

“Xatırlatmaq istəyirəm ki, Ankara Rusiya Federasiyası, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatının tərəfi deyil və məhz bu sənəd əsasında Rusiyanın sülhməramlı kontingenti Qarabağa yerləşdirilib. Məhz bu sənəddə həm kontingentin regionda qalma müddətləri, həm də onun növbəti beşillik müddətə mümkün uzadılmasının parametrləri aydın şəkildə göstərilib. Rusiya sülhməramlıları Qarabağda mühüm sabitləşdirmə rolunu davam etdirirlər. Əsas funksiyası atəşkəs və hərbi əməliyyatları qorumaqdır, regionda davam edən gərgin vəziyyəti nəzərə alaraq, onların bölgədəki fəaliyyətinə daha çox tələbat var. Cənubi Qafqazda sülhün qorunması həm Azərbaycanın, həm Ermənistanın, həm də mənə elə gəlir ki, regionların, o cümlədən Türkiyənin maraqlarına uyğundur. Bu baxımdan, biz Ağdam rayonunda Rusiya-Türkiyə birgə mərkəzi çərçivəsində türkiyəli tərəfdaşlarla yaxşı əlaqələndirilmiş qarşılıqlı əlaqəni qeyd edirik”, - deyə Zaxarova bildirib.

Ərdoğan NATO-nun Vilnüs sammitindən sonra keçirilən mətbuat konfransında bildirib ki, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında razılaşmaya əsasən, Rusiya sülhməramlı kontingenti 2025-ci ilə qədər Azərbaycanın Qarabağ bölgəsində olmalıdır.

Akqabay