Ukrayna "Bir Türkü "Eurovision" səhnəsində istəmirik" - deyincə...
    • 1-03-2019, 19:32
    • 856

Ukrayna "Bir Türkü "Eurovision" səhnəsində istəmirik" - deyincə...

Ukraynanı müğənni Manuvla türk dj Faruk Sabancının "Eurovision 2019"-da təmsil edəcəkləri xəbərini daha əvvəl çatdırmışdıq. 

Lakin sonradan Ukraynanın sözügedən müsabiqədə bu il iştirak etməyəcəyi bəlli oldu.

Maruv müsabiqədə F. Sabancının "For you" mahnısını ifa edəcəkdi. Bu təklif  Ukrayna Dövlət Televiziyasından gəlmişdi. Sonradan kanal Sabancının mahnısına "hə" desə də onun Maruvla çıxışını istəməmişdi. Hətta bunu "Bir Türkü "Eurovision" səhnəsində istəmirik" - deyə, sərt şəkildə ifadə etmişdi. Bundan yana prinsipə düşən dj öz növbəsində "Elə isə bir Türkün müəllifi olduğu mahnını da istəməyin" - deyərək, cavab vermişdi...

News24.Az