Ukrayna "Eurovision 2019"dan imtina etdi
    • 27-02-2019, 20:51
    • 953

Ukrayna "Eurovision 2019"dan imtina etdi

Ukrayna "Eurovision 2019"dan rəsmi olaraq imtina edib.

News24.az xəbər verir ki, bu haqda qərar Ukraynanın "Perşiy" kanalında baş tutan iclasda qəbul edilib:

"Yaranan vəziyyətdə yayım hüquqlarına əsasən həmçinin milli seçim turunun siyasiləşdirilməsi səbəbi ilə Ukrayna "Eurovision 2019"da iştirakdan imtina edir".

Qeyd edək ki, milli seçim turunda xalqın səsverməsi ilə mahnı müsabiqəsinə getmək hüququ qazanan Maruv adlı iştirakçı qarşısına  qoyulan qəribə qadağalarla razılaşmayraq müqaviləni imzalamamışdı. Hətta ifaçının rəqs zamanı "şpaqat" açması da qadağan olunub.

Daha sonra isə ölkəni təmsil etmək "Kazka" qrupuna həvalə edilib. Lakin qrup "İstənilən yolla əldə edilən qələbəni qəbul etmirik" deyərək təklifə yox cavabı verib.

Teymur MƏMMƏDOV