Separatçılar bu istiqamətdə təxribata hazırlaşır
    • 20-07-2023, 18:09
    • 1 412

Separatçılar bu istiqamətdə təxribata hazırlaşır

Qarabağdakı separatçıların Ağdam yolunda barrikadalar qurması fonunda Müdafiə Nazirliyinin yaydığı məlumat xüsusi diqqət çəkir.

Qeyd edilir ki, Ağdam istiqamətində ordumuzun mövqeləri qarşısında uzunmüddətli fortifikasiya qurğuları quraşdırmaq cəhdinin qarşısı alınıb. 
Məlumat təsdiq edir ki, separatçılar Ağdam istiqamətində təxribat hazırlığına başlayıb. 

Mövzu ilə bağlı News24.az-a danışan politoloq Tofiq Abbasov bildirib ki, şübhəsiz fortifikasiya qurğuları qurmağa cəhd edən separatçılar bu istiqamətdə silah və texnika da toplayır.

“Əlbəttə, separatçı rejimin vəziyyəti düzgün qiymətləndirə bilməməsi, onun özünə əlavə problemlər yaradacaq. Çünki Azərbaycana qarşı Qarabağda qalmış 10 minlik silah-sursatın olmasına baxmayaraq, müqavimət göstərə bilməz. Burada diqqətçəkən məqam odur ki, separatçılar bir qayda olaraq təzyiqi İrəvana deyil, Fransaya və Dehliyə yönəldiblər. Separatçılar xarici qüvvələrdən dəstək aldıqları üçün havadarlarını inandırmağa çalışırlar ki, onlarda kifayət qədər sursat və hərbi texnika var və bununla manevr etmək iqitidarındadırlar. Lakin bu, heç də belə deyil. İstədikləri qədər fortfikasiya qurğuları, barrikadalar qursunlar. Əgər Azərbaycan tərəfi əmr versə ki, onlar darmadağın edilsin və həbs olunsunlar, bu, belə də olacaq. Antiterror və sülhə məcburetmə əməliyyatının konturları bəllidir. Azərbaycan əks tədbirlər görəcəyi təqdirdə, separatçıların üstünü ölüm kabusu alacaq”,- deyə politoloq yekunlaşdırıb. 

Arzu