Toivo Klaarın mandatı uzadıldı
    • 20-07-2023, 18:19
    • 124

Toivo Klaarın mandatı uzadıldı

Avropa İttifaqı Şurasının Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Tovio Klaarın səlahiyyət müddəti 1 il uzadılıb. 

News24.az xəbər verir ki, qurumun mətbuat xidmətinə görə, şuraya üzv ölkələr bu barədə yekdil qərar verib. 

Ona bu bölgədəki münaqişələrin sülh yolu ilə həllində vasitəçilik, habelə, region dövlətləri arasında əlaqələrin möhkəmlənməsinə hərtərəfli dəstəklə bağlı konkret tapşırıqlar verilib. 

Qeyd edək ki, T. Klaar bu vəzifəyə 2017 ilin noyabrında təyin olunub.

Fərid Azəri