Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycana gəlir.
News24.az xəbər verir ki, Toivo Klaar bu barədə "Twitter"də bildirib.
"Mənim ATƏT və BMT-dən olan həmsədrlərlə birlikdə Tbilisi və Sxinvalidə ikigünlük görüşlərim başa çatdı. Cənubi Osetiyada təhlükəsizlik və keçid məntəqələrinin bağlanmasına dair vacib müzakirələr keçirildi. İndi isə Azərbaycana yola düşəcəm", - deyə Aİ-nin xüsusi nümayəndəsi qeyd edib.
00:10
22:41