-
- 21-07-2023, 11:37
- 390
Azərbaycan-Ermənistan sərhədində görüş olacaq
Ermənistan və Azərbaycan sərhədin müxtəlif hissələrində sərhəd demarkasiyası komissiyasının iclaslarını keçirəcək.
News24.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”-a Ermənistanın baş nazirinin müavini Mger Qriqoryanın ofisi məlumat verib.
Tərəflər bir-birinə növbəti görüşün təşkili üçün yer kimi Azərbaycan Respublikası və Ermənistan Respublikasının dövlət sərhədinin müxtəlif hissələrini təklif ediblər. Nəticədə qarşılıqlı razılaşma əsasında görüşün dövlət sərhədinin Qazax rayonu ilə Ermənistanın Tavuş bölgəsi arasında təşkili barədə qərar qəbul edilib.
“Tərəflərin qarşılıqlı razılığı əsasında dövlət sərhədinin müxtəlif hissələrində sərhəd görüşlərinin təşkili qərara alınıb”, - deyə idarədən bildirilib.
Bundan əlavə, bildirilib ki, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin görüşündə iki ölkənin sərhəd demarkasiyası komissiyalarının digər üzvləri də iştirak edib, lakin onlar konkret ad çəkməyiblər.
Xatırladaq ki, iyulun 12-də Ermənistan-Azərbaycan sərhədində, Azərbaycanın Qazax rayonu ilə Ermənistanın Tavuş bölgəsi arasında Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə Ermənistan baş nazirinin müavini Mger Qriqoryanın 4-cü görüşü baş tutub.
Qeyd edək ki, Ermənistan komissiyasının üzvlərinin tərkibi 2022-ci ilin martında məlum olub. Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası baş nazirinin müavini Mger Qriqoryan arasında sərhədin demarkasiyası məsələsi ilə bağlı ilk görüş 24 may 2022-ci il tarixində baş tutub. İkinci görüş Moskvada, üçüncü görüş isə Brüsseldə keçirilib.
Akqabay