Ərdoğan Putinlə Türkiyəyə planlaşdırılan səfərini müzakirə edib
    • 21-07-2023, 14:52
    • 122

Ərdoğan Putinlə Türkiyəyə planlaşdırılan səfərini müzakirə edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Türkiyəyə planlaşdırılan səfərini müzakirə etdiyini deyib. O bildirib ki, bu görüşdən sonra taxıl müqaviləsinin davam etdiriləcəyinə ümid edir.

News24.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Ərdoğan Fars körfəzi ölkələrinə səfərindən qayıtdıqdan sonra təyyarədə jurnalistlərə deyib: "Ümid edirik ki, ya telefon diplomatiyası vasitəsilə, ya da onun Türkiyəyə səfəri nəticəsində yaxın gələcəkdə cənab Putinlə bu məsələni müəyyən nöqtəyə çatdıracağıq".

Arzu