"Araz-Naxçıvan" bosniyalı yarımmüdafiəçini transfer edib
    • 21-07-2023, 15:45
    • 308

"Araz-Naxçıvan" bosniyalı yarımmüdafiəçini transfer edib

"Araz-Naxçıvan" klubu növbəti futbolçu transferini həll edib.

News24.az xəbər verir ki, Naxçıvan təmsilçisindən "Report"a verilən məlumata görə, bosniya və herseqovinalı sol cinah yarımmüdafiəçisi Miço Kuzmanoviçlə müqavilə imzalanıb.

27 yaşlı oyunçunun sözləşməsinin müddəti 1 illikdir.

Qeyd edək ki, Miço Kuzmanoviç ötən mövsüm "Tuzla Siti"nin formasını geyinib.