Futzal üzrə Azərbaycan çempionu ilk transferini gerçəkləşdirib
    • 7-07-2023, 10:28
    • 142

Futzal üzrə Azərbaycan çempionu ilk transferini gerçəkləşdirib

UEFA Çempionlar Liqasında iştirak edəcək “Araz-Naxçıvan” heyətini gücləndirmək istiqamətində çalışmalara başlayıb.

Azərbaycan Futzal Federasiyasından News24.az-a verilən məlumata görə, ölkə çempionunun mövsümlərarası fasilədə ilk transferi serbiyalı oyunçu olub.

Ninoslav Aleksiç qarşıdakı 1 il ərzində “Araz-Naxçıvan”ın uğurları üçün çalışacaq.

Serbiya millisinin də üzvü olan 28 yaşlı forvard son olaraq ölkəsində “Ekonomaç”ın formasını geyinib.