Azərbaycan XİN Fərid Səfərli üçün vəkil TƏYİN ETDİ
    • 21-07-2023, 16:15
    • 222

Azərbaycan XİN Fərid Səfərli üçün vəkil TƏYİN ETDİ

Xarici İşlər Nazirliyi İranda casusluqda ittiham olunan Azərbaycan vətəndaşı Fərid Səfərliyə vəkil təyin edib.

Bu barədə məlumatı Musavat.com-a Fərid Səfərlinin anası Dilarə Əsgərova bildirib.

O qeyd edib ki, artıq bu gündən vəkil Fəridin işi ilə məşğul olacaq: “Bu gündən artıq vəkilə müraciət olunacaq”.

Qeyd edək ki, yaxın günlərdə Fərid Səfərlinin anası Dilarə Əsgərova XİN başçısı Ceyhun Bayramova müraciət etmişdi. Ana

Azərbaycanın oğlunun vəkillə təmin edilməsi prosesini sürətləndirməyi xahiş etmişdi.