-
- 21-07-2023, 16:45
- 361
"3 il ərzində 150 mindən çox insan Qarabağ və Şərqi Zəngəzura köçürüləcək"
“Biz indi 30-dan çox şəhər və kəndin Baş Planını təsdiqlədik. Bir çox kəndlərin təməli də qoyuldu, artıq bu rəqəmlər də səsləndirilmişdi. Həm Qarabağ, həm də Şərqi Zəngəzur rayonları üzrə biz növbəti 3 il ərzində 150 mindən çox insanı qaytaracağıq”.
News24.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında səsləndirib.
“İndi biz işin ibtidai mərhələsindəyik. Çünki layihələndirmə çox vaxt aparır, tender prosedurları çox vaxt aparır. Biz istəyirik hər şey qayda ilə, qanunla olsun, tam şəffaf olsun. Bu da zaman aparır, vaxt aparır. Bunu da əminəm ki, keçmiş köçkünlər anlayışla qarşılayır. Təkcə Qarabağ regionunda 2026-cı ilə qədər 140 min insanın dönməsi nəzərdə tutulur. Şuşa şəhərində artıq ümid edirəm ki, gələn il birinci sakinlər gələcək, yerləşəcək”, - dövlət başçısı qeyd edib.