Zelenski onu tənqid edən səfiri geri çağırdı
    • 21-07-2023, 17:33
    • 208

Zelenski onu tənqid edən səfiri geri çağırdı

Ukraynanın Böyük Britaniyadakı səfiri Vadim Pristayko geri çağırılıb. 

News24.az-ın məlumatına görə, bu barədə prezident Volodimir Zelenski sərəncam verib. Onun ətafındakı qalmaqal ötən həftə, NATO sammitindən sonra başlayıb. 

Belə ki, Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Ukraynanın ona hərbi yardım göstərən dövlətlərə minnətdarlıq bildirməli olduğu ilə bağlı fikirlər səsləndirib. Buna cavab olaraq V. Zelenski isə hər səhər hər səhər rəsmi Londona təşəkkür edəcəyini sarkazmla vurğulayıb. 

V. Pristayko isə ölkəsinin rəhbərini bu fikirlərinə görə sərt tənqid edib. O bildirib ki, Ukraynanın indiki vəziyyətində siyasi sarkazm yolverilməzdir. 

Qeyd edək ki, 2020-ci ildən ölkənin Birləşmiş Krallıqdakı nümayəndəsi vəzifəsini icra edən 53 yaşlı V. Pristayko 2019-cu ilin  avqustundan 2020-ci ilin martınadək xarici işlər naziri olub. Daha sonra baş nazirin müavini təyin edilib.