4:0-la “400”ə çatdı
    • 1-11-2021, 14:50
    • 427

4:0-la “400”ə çatdı

Qara Qarayev “Qarabağ”ın heyətində 400-cü oyunu keçirib. Bu yubiley Premyer Liqanın IX turunun “Neftçi” ilə matçına təsadüf edib.

News24.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, 4:0 hesablı qələbə yarımmüdafiəçinin Ağdam klubunda 400-cü oyunu olub. Yalnız bir klubda çıxış edən futbolçunun aktivində 4 qol var.

Qara çempionatda 262, kubokda 36, avrokuboklarda 102 dəfə meydana çıxıb. Onun bütün qolları Premyer Liqaya təsadüf edib.

Onadək “Qarabağ”ın tarixində yalnız bir futbolçu - Maksim Medvedev 400 matç səddini arxada qoya bilib. Qaranın komandada debütü 2008/09 mövsümünə təsadüf edib. O, 2008-ci il noyabrın 5-də “Bakılı” ilə kubokun 1/8 final mərhələsinin cavab matçında (0:0) şans qazanıb.