"Neftçi"dən ikinci transfer — RƏSMİ
    • 30-06-2023, 13:00
    • 250

"Neftçi"dən ikinci transfer — RƏSMİ

"Neftçi" yay transfer pəncərəsində iki transferini reallaşdırıb.

News24.az xəbər verir ki, "ağ-qaralar" milli komandamızın üzvü Filip Ozobiçi heyətinə qatıb. Ölkəmizdə "Qəbələ" və "Qarabağ" kimi klubların formasını geyinmiş 32 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb. Xorvatiya əsilli futbolçu 10 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, "Neftçi" daha əvvəl Emil Balayevi heyətinə qatıb.