Daha bir dövlət qurumunda əməliyyat keçirildi
    • 21-07-2023, 19:56
    • 264

Daha bir dövlət qurumunda əməliyyat keçirildi

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Milli Hematologiya və Transfuziologiya Mərkəzində əməliyyat keçirib.

Bu barədə ​News24.az​​​-a  Baş Prokurorluğun Mətbuat xidmətindən bildiriblər.

Yol verilmiş qanunsuzluqlarla bağlı tədbirlər hazırda davam etdirilir. 

Qeyd olunub ki, əməliyyatın detalları barədə əlavə məlumat veriləcək.