Şuşada Media Forumunun iştirakçılarına ziyafət verildi  - FOTOLAR
    • 21-07-2023, 20:33
    • 326

Şuşada Media Forumunun iştirakçılarına ziyafət verildi - FOTOLAR

Şuşa Qlobal Media Forumunda iştirak edən qonaqlar üçün Şuşa “Qarabağ” otelində ziyafət təşkil edilib.

News24.az​​​ xəbər verir ki, ziyafət zamanı Azərbaycan xalq musiqilərindən ibarət kompozisiya təqdim edilib.

Qeyd edək ki, bu gün Şuşada Azərbaycan Medianın İnkişafı Agentliyinin təşkil etdiyi “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” qlobal media forumu keçirilir. Forumda 50 ölkədən 120 media subyekti, 250-dən çox qonaq iştirak edir.