Azərbaycanla müharibə ehtimalı böyükdür - Paşinyan
    • 22-07-2023, 10:09
    • 517

Azərbaycanla müharibə ehtimalı böyükdür - Paşinyan

Hər iki ölkənin parlamentləri tərəfindən sülh müqaviləsi imzalanana və ratifikasiya olunmayana qədər müharibə ehtimalı çox yüksəkdir.

News24.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Frans Press” agentliyinə müsahibəsində deyib.

“Yeni eskalasiyalar, yeni müharibələr hər zaman mümkündür. Bu, o demək deyil ki, bu baş verəcək. Ermənistanla Azərbaycan sərhədində atəşkəs rejiminin pozulması faktları sözün əsl mənasında hər gün baş verir. Baş nazir olduğum illər ərzində atəşkəs pozulmayıb”, - Paşinyan bildirib.


Aynurə